Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Aprel

2021
13:50
Alimpaşa Məmmədovun oğlu da həbs oluna bilər

Şəmkirin həbs edilən sabiq icra başçısı Alimpaşa Məmmədovla bağlı DTX-nin açıqladığı rəsmi məlumatdan bəlli oldu ki, o, yüksək məbləğli cinayətlərini oğlu Adil Adilzadənin adına rəsmiləşdirməklə ört-basdır etmək istəyib.

Bəs belə olan halda, yetkinlik yaşına çatmış, hüquqi şəxs olan Adil Adilzadə məsuliyyətə cəlb edilə bilərmi?

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, A.Məmmədov 4 milyon manatlıq dövlət əmlakını 18 min dəfədən çox ucuz qiymətə, 220 manata oğlunun adına rəsmiləşdiriib: “Artıq bu, bəlkə də Azərbaycanda bir ilkdir ki, yüksək vəzifəli şəxs özünün qanunsuz və hüquqazidd əməllərində oğlunun da iştirakını təmin edir. Bu sübuta yetirilərsə, artıq Alimpaşa Məmmədovun oğlu Adil Adilzadənin də külli dəyərə malik olan dövlət əmlakının qanunsuz olaraq mənimsənilməsi prosesində iştirakı təsdiqlənir. O, əmlakların şəxsən öz adına keçirilməsinə razılıq verib. Təbii ki, bu zaman sənədlərin imzalanmasında, digər qanunsuz addımların atılmasında iştirak edib.

Azərbaycan qanunvericiliyinə görə, bu deyilənlər sübuta yetirilərsə, Adil Adilzadənin də cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi reallaşa bilər. Bu, hələ ki informasiyadır, amma müəyyən araşdırmalardan sonra həyata keçə bilər.

Bunlar sübuta yetirilərsə, ilk dəfə olacaq ki, yüksək vəzifəli şəxs öz qanunsuz əməlləri ilə oğlunu da həbslə üz-üzə qoyacaq. Alimpaşa Məmmədovun oğlu Adil Adilzadənin həbs edilməsi məsələsi gündəmə gələ bilər. Qanunu bilməmək də insanı məsuliyyətdən azad etmir”.

Məqalədə : Adil Adilzadə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
565

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
680

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
615
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-06-2021 11:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru