Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Aprel

2021
13:09
`Küçədəki `parkovşik`lərin himayədarları var`

“Parkovşik" adlanan şəxslərin bizə yaxından-uzaqdan aidiyyatı yoxdur. Bu gün Bakı şəhərində kim 1 manatı elə belə yığa bilər? Onların arxasında müəyyən himayədarları var”.

Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

“Həmin park yerlərində vətəndaşın daşınan əmlakına ziyan vurulsa da, qarşılanmır. Bakı şəhərində tariflər tətbiq olmadan vəsaitlərin yığılmasından söz gedə bilməz. Hər hansı parkda duran şəxsə BNA vəsiqə verməyib. Mənə də yaxınlaşıblar, məsələ araşdırılıb və sonu polisdə bitib”, - deyə o, qeyd edib.

V.Kərinli əlavə edib edib ki, parklanma məsələsi qaldırılanda fərqli kanallardan və istiqamətlərdən qara piar aparılır: “Məqsədimiz Bakı şəhərində yeraltı və yerüstü qarajlara investiyaların cəlb edilməsi idi. Gəliri və tarifi hesablanmadan investisiyanı cəlb edə bilmirik.

Parklanma ilə bağlı ilkin pilot layihə 6-cı paralel küçəsində tətbiq ediləcək. Orada fərqli parklanma siyasəti tətbiq edəcəyik. Bundan sonra bu, Bakı şəhərinin mərkəzini və ətraf ərazilərini əhatə edəcək, "parkovşik" məsələsi qalmayacaq. Bu, bizim dövrdə yaranmayıb, əvvəlki dövrlərdən bizə miras qalıb".(Report)

Məqalədə : Vüsal Kərimli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 43 dərəcə isti olacaq

24

İyun
12:52
ÖLKƏ
105

Birinci siniflərə məktəb seçimi başlayıb

24

İyun
11:52
ELM / TƏHSİL
125

Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşır

24

İyun
10:47
İQTİSADİYYAT
280

Bakıda 40-a yaxın məktəbin direktoru yoxdur

24

İyun
10:12
ELM / TƏHSİL
897

Neftin qiyməti artıb

24

İyun
09:24
İQTİSADİYYAT
958

AMB-nin valyuta məzənnələri

24

İyun
09:13
İQTİSADİYYAT
862
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2021 13:57





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru