Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2021
10:00
Bakı küçələri növbəti dəfə dezinfeksiya edilir

Ölkə rəhbərliyinin tapşırıq və göstərişlərinə uyğun olaraq Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bu epidemiyaya qarşı tədbirlərin həyata keçirilməsi davam edir.  

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə Bakı şəhərində koronavirusla (COVID-19) bağlı mövcud vəziyyət nəzərə alınaraq aprel ayının 24-ü səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən cari ildə dördüncü, ölkədə əks-pandemiya tədbirlərinin əvvəlindən isə  artıq 22-ci dəfə paytaxtdakı əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşı cəlb edilməklə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.

Gün ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaqdır. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri bir gün əvvəldən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.

Bildirilib ki, əsas məqsədi vətəndaşlarımızı bu pandemiyadan qorumaq olan geniş dezinfeksiya tədbirləri gün ərzində paytaxtın bütün rayonlarında keçirilib və bu tədbirlər davam etdiriləcəkdir.

Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronovirusun daha  çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 43 dərəcə isti olacaq

24

İyun
12:52
ÖLKƏ
90

Birinci siniflərə məktəb seçimi başlayıb

24

İyun
11:52
ELM / TƏHSİL
120

Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşır

24

İyun
10:47
İQTİSADİYYAT
280

Bakıda 40-a yaxın məktəbin direktoru yoxdur

24

İyun
10:12
ELM / TƏHSİL
897

Neftin qiyməti artıb

24

İyun
09:24
İQTİSADİYYAT
958

AMB-nin valyuta məzənnələri

24

İyun
09:13
İQTİSADİYYAT
862
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2021 13:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru