Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Aprel

2021
16:46
Bakıda havanın ən çox çirkləndiyi ərazilər AÇIQLANDI

Atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə növbəti monitorinqlər keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları tərəfindən atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə aprelin 21-də Bakı şəhərinin müxtəlif ərazilərində monitorinqlər həyata keçirilib, havada tozun miqdarı üzrə ölçmə işləri aparılıb.

Xidmətin əməkdaşı Gülnarə Abbasova bildirib ki, monitorinqlər zamanı Nərimanov parkı ərazisində havada tozun miqdarı 1.3, Heydər Əliyev prospektində 1.1, Koroğlu metro stansiyası yaxınlığında 1.4, Neftayırma zavodunun ətrafında 1.1, 8 Noyabr prospektində 1.4, Xətai rayonunda isə 1.5 dəfə normadan yüksək müəyyən edilib:

“Atmosfer havası üzrə avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən Bakı şəhəri Heydər Əliyev, Babək, Qara Qarayev prospektləri, Bayıl yamacı ərazisi və Sumqayıt şəhərində havada azot 4-oksid, azot 2-oksid, kükürd və dəm qazı, hidrogen sulfid kimi qaz birləşmələri norma daxilində olub”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
227

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
250

Sabah hava buludlu olacaq

07

May
13:38
ÖLKƏ
250
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-05-2021 00:05





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru