Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Aprel

2021
10:18
Dünya Bankı neftin builki qiyməti üzrə proqnozunu kəskin artırıb

Dünya Bankının son proqnozlarına görə, 2021-ci ildə qlobal bazarda xam neftin bir barelinin orta qiyməti 56 ABŞ dolları təşkil edəcək. Bu, ötən (oktyabr ayı) proqnozdan 28,4% çoxdur.

Bu barədə Dünya Bankının yenilənmiş proqnozunda deyilir.

Qeyd olunur ki, 2022-ci ildə neftin orta qiymətinin bir qədərdə artaraq 60 dollara çatacağı gözlənilir. Bu, ötən proqnozla müqayisədə 6,5% azdır.

Bank qeyd edir ki, builki proqnozun yaxşılaşdırılmasının əsas səbəbləri qlobal iqtisadiyyatın gözlənilən böyüməsi, həmçinin OPEC və "OPEC+" ölkələri tərəfindən tədricən neft hasilatının artırılmasıdır. Lakin COVID-19-un yeni dalğası səbəbindən bazarda tələbin azalması "OPEC+" ölkələrinə təzyiq göstərə bilər.

"Razılaşmanın sona çatması və qlobal istehsalın kəskin artması neft qiymətlərinin gözləniləndən əhəmiyyətli dərəcədə aşağı olması ilə nəticələnə bilər. Bundan əlavə, ABŞ-da şist neftinin hasilatının gözləniləndən daha sürətli canlanması "OPEC+" ölkələrinə əlavə ciddi təzyiq göstərə bilər", - bankın proqnozunda deyilir.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun "World Economıc Outlook" hesabatının aprel buraxılışında bu il xam neftin bir barelinin orta qiyməti 41,7% artaraq 58,52 ABŞ dolları təşkil edəcəyi bildirilmişdi. Hazırda dünya bazarlarında "Brent" markalı neft 66,13 dollara, WTI isə 62,18 dollara ticarət olunur.

Xatırladaq ki, Azərbaycanın 2021-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollar nəzərdə tutulub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Qədr gecəsində nə etməli?

05

May
15:59
MƏNƏVİYYAT
298

Baş Prokurorluq və DTX birgə məlumat yaydı

05

May
15:18
HÜQUQ,HADİSƏ
259

XİN-də iki yeni idarə yaradılıb

05

May
12:27
SİYASƏT
348

"Space"ə yeni rəhbər təyin olundu

05

May
12:22
ÖLKƏ
410

Gürcüstan baş naziri Azərbaycanda

05

May
12:13
ÖLKƏ
381
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-05-2021 05:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru