Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Aprel

2021
14:58
İlin ilk rübündə Azərbaycan Belarusa 4 tanker neft göndərib

Bu ilin birinci rübündə Azərbaycan Belarusa 360,1 min ton neft tədarük edib.

Bunu Azərbaycan Dövlət Neft Şirkətininn (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov “İnterfax”a bildirib.

Onun sözlərinə görə, bu ilin birinci rübündə 360,1 min ton ümumi həcmdə Azərbaycan nefti 4 tanker ilə Belarusa göndərilib: “İki tanker Türkiyənin Ceyhan limanından, daha iki tanker isə Gürcüstanın Supsa limanından göndərilib".

O, həmçinin məlumat verib ki, apreldə SOCAR tərəfindən Belarusa neft nəql olunmayıb və “yaxın zaman üçün sorğular daxil olmayıb”.

Qeyd edək ki, SOCAR-ın törəmə “SOCAR Trading” şirkəti Belarus tərəfi ilə 2021-ci ildə təxminən 1 mln ton neftin tədarükünə dair müqavilə bağlayıb. “SOCAR Trading” 2020-ci ilin mart ayında Belarusun "Belneftexim" konserninə neft tədarük etməyə başlayıb.

Ümumilikdə, 2020-ci il ərzində SOCAR tərəfindən "Belneftexim" konserninə 1 milyon tona yaxın neft göndərilib. Bunun təminən 720 min tonu Azərbaycan nefti, qalanı – qeyri-Azərbaycan neftidir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
355

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
281

Neft yenidən ucuzlaşıb

14

May
09:45
DÜNYA
438

Sabah 32 dərəcə isti olacaq

13

May
13:54
ÖLKƏ
667
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-05-2021 23:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru