Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Aprel

2021
16:49
Şuşada İsa bulağının ərazisinə elektrik enerjisi verilib

Azərbaycanın Şuşa şəhəri yaxınlığındakı İsa bulağının ərazisində elektrik enerjisi verilişi təmin olunub.

Bu barədə işğaldan azad olunmuş ərazilərin enerji təminatı məsələlərinin həllində zəruri koordinasiyanın təmin edilməsi məqsədilə İdarələrarası Mərkəzdə yaradılmış “Enerji təminatı məsələləri” İşçi Qrupunun videokonfrans formatında növbəti iclasında məlumat verilib.

İclasda həmçinin qeyd olunub ki, Şükürbəyli yarımstansiyasında işlər tamamlanıb, inteqrasiya işləri gedir, Şuşa yarımstansiyasına gedən birinci və ikinci xətlər quraşdırılıb və yekunlaşmaq üzrədir. Şuşa şəhərində elektrik xətlərinin çəkilməsi, yarımstansiyanın tikintisi ilə bağlı işlər yekunlaşıb. Kəlbəcərdə inşa olunan yarımstansiyada, eləcə də Daşkəsəndən Kəlbəcərə qədər olan elektrik xətlərinin çəkilişi ilə bağlı işlər davam edir. Ağdam yarımstansiyasında işlər başlanıb. Cəbrayıl-Qubadlı, Qubadlı-Zəngilan arasında iki dövrəli elektrik xətlərinin tikintisinə başlanılıb.

Suqovuşan yaşayış məntəqəsi ərazisində yerləşən 4,8 MVt gücündə “Suqovuşan-1” və 3 MVt gücündə “Suqovuşan-2” su elektrik stansiyalarının bərpa işləri davam edir. İşğaldan azad edilmiş ərazilərdə kiçik su elektrik stanisyaları ilə bağlı aparılan inventarlaşdırma işləri davam etdirilir. Cəbrayılda 330 kV-luq yarımstansiyanın layihələndirilməsinə başlanılıb.

Məqalədə : Şuşa 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİN polis atasının iddialarına cavab verdi

17

May
15:13
HÜQUQ,HADİSƏ
85

"BACI DÖVLƏTLƏR" ÖZ AMPULASINDA

17

May
13:08
MÜNASİBƏT
150

Bakıda bir marşrutda gediş haqqı endirildi

17

May
10:38
İQTİSADİYYAT
266

18 minə yaxın şagird imtahan verəcək

17

May
10:25
ELM / TƏHSİL
245
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-05-2021 16:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru