Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2021
11:52
Bakıda top mərmisi aşkar edilib - FOTO

Aprelin 16-da Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunun ərazisində partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xüsusi texnika və avadanlıqlarla təchiz edilmiş pirotexnik qrupu cəlb olunub.

Hadisə yerinə baxış zamanı döyüş tətbiqinə yararsız, lakin insan həyatı üçün təhlükəli 1 ədəd 85 millimetrlik top mərmisi aşkar edilib.

FHN XRXX-nin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını təmin etdikdən sonra pirotexniklər aşkar edilmiş mərmini ərazidən götürərək, müvafiq qaydada zərərsizləşdiriblər.

Əraziyə təkrar baxış zamanı başqa partlayış təhlükəli əşya aşkar edilməyib.

Həmçinin, Tovuz rayonunun Vahidli kəndi ərazisində partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zəng əsasında FHN Xüsusi Riskli Xilasetmə Xidməti və Qarabağ Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerinə baxış zamanı 1 ədəd partlamamış 85 millimetrlik top mərmisi aşkar edilib götürülərək, aidiyyəti üzrə təhvil verilib. Təkrar baxış zamanı ərazidə hər hansı partlayış təhlükəli əşya aşkar edilməyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 32 dərəcə isti olacaq

13

May
13:54
ÖLKƏ
426

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
556
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 23:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru