Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Aprel

2021
13:09
“Zəfər yolu”nun inşasından son - Fotolar

Ötən ilin noyabrında təməli qoyulmuş “Zəfər yolu” boyunca hazırda torpaq işləri icra olunur. 

Faktxəbər Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun profilə salınması və ikinci texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası işləri həyata keçirilir. 

Yeni inşa edilən yol boyunca layihəyə uyğun olaraq suların ötürülməsini təmin etmək məqsədilə dairəvi boru və düzbucaqlı su keçidləri, həmçinin zəruri olan yerlərdə 3 yeni avtomobil körpüsünün inşası da aparılır. Körpülərin uzunluqları 33, 99 və 75 metr olmaqla yolun 0.6-cı, 26-cı və 57-ci kilometrlik hissələrində layihələndirilib. Bununla da bu avtomobil yolu ilə rahat gediş-gəliş təmin olunacaq.   

“Zəfər yolu”na cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinin sürətləndirilməsi ilə yolun asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilməsi nəzərdə tutulur. 

Sözügedən prosesin həyata keçirilməsi ilə cari ilin sentyabr ayınadək yolun tam olaraq 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi planlaşdırılır.

Məqalədə : “Zəfər yolu” 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı açıqlandı

16

May
16:58
ÖLKƏ
261

Sabah 35 dərəcə isti olacaq

16

May
14:05
ÖLKƏ
316

Vüqar Səfərlinin həbs müddəti uzadıldı

16

May
12:32
HÜQUQ,HADİSƏ
391

Vətən müharibəsi iştirakçısı vəfat etdi

16

May
12:29
BÖLMƏNİ DÜZ SEÇ!
362

Neftin bahalaşması davam edir

16

May
09:45
İQTİSADİYYAT
578

AMB-nin valyuta məzənnələri

16

May
09:30
İQTİSADİYYAT
612

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
824

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
650

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
722
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-05-2021 01:57





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru