Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Aprel

2021
13:00
`Rəsmi Bakı 7 bölgənin eyni vaxtda geri qaytarılmasını tələb edirdi`

Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirilən parlament iclasında Qarabağda müharibənin qızğın vaxtında, xüsusən Təhlükəsizlik Şurasının 19 oktyabr iclası və Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı gedən müzakirələrin bəzi təfərrüatlarını açıqlayıb.

Onun sözlərinə görə, artıq oktyabrın ikinci yarısında separatçıların “başçı”sı Arayik Arutyunyan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ilə məsləhətləşmələr aparıb, vəziyyəti təhlil edərək ağır güzəştlər daxil olmaqla kapitulyasiyaya getmək qərarı verib.

Paşinyan qeyd edib ki, həmin görüşdə Ermənistan Prezidenti və Bütün Ermənilərin Katolikosu da iştirak edib.

İclasdan sonra o, Rusiya Prezidentinə zəng edərək, Ermənistanın keçmişdə vasitəçilər tərəfindən dəfələrlə təklif olunan 5+2 formuluna əsasən bölgələrin Azərbaycana qaytarılması şərti ilə sülh istədiyini bildirib.

“Vəziyyəti Rusiya Prezidenti ilə ətraflı müzakirə etdik və tam bir razılaşma əldə etdik. Bilirsiniz ki, azərbaycanlı qaçqınlarla bağlı bir məsələ var idi. Dedim ki, bu məsələ bir növ Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi prosesi ilə əlaqəlidirsə, bu məsələyə dair heç bir etirazımız yoxdur”, - deyə Paşinyan qeyd edib.

Bundan sonra Prezident İlham Əliyevlə telefon danışığı aparan Rusiya Prezidenti Vladimir Putin Bakının Hadrut bölgəsini qaytarmaq tələbini qəti şəkildə rədd etdiyini və eyni zamanda , Şuşa da daxil olmaqla qaçqınların qayıtmasından asılı olmayaraq Qarabağın statusu məsələsinin qaçqınlar məsələsi ilə əlaqələndirilməməsini tələb etdiyini bildirib.

Bundan əlavə, N. Paşinyan bildirib ki, rəsmi Bakı yeddi bölgənin 5 + 2 formulu ilə deyil, hamısının eyni vaxtda geri qaytarılmasını tələb edib. Baş nazir bunun yeni bir detal olduğunu, əvvəllər bu barədə danışmadığını söyləyib. Qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağın statusu məsələsinin gündəliyə salınmasına da qəti şəkildə qarşı çıxıb.(Qafqazinfo)

Məqalədə : Paşinyan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
205

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
156

Neft yenidən ucuzlaşıb

14

May
09:45
DÜNYA
316

Sabah 32 dərəcə isti olacaq

13

May
13:54
ÖLKƏ
602
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-05-2021 13:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru