Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Aprel

2021
14:59
Lavrov Aİ-nin İrana qarşı yeni sanksiyaları haqda: Cinayətdən betərdir

Əgər Avropa İttifaqının (Aİ) İrana qarşı tətbiq etdiyi sanksiyalar Vyanada aparılan danışıqların qızğın vaxtı bilərəkdən qəbul edilibsə, onda bu səhv cinayətdən də pisdir.

APA-nın verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında Aİ-nın İrana qarşı sanksiyalarına münasibət bildirərkən deyib.

“Bu gün Avropa İttifaqının İran İslam Respublikasının bir sıra rəsmi şəxslərinə qarşı insan haqlarının pozulduğuna görə sanksiya tətbiq etdiyi xəbərini eşidəndə təəccübləndim. Bu qərarın tam mətnini hələ görməmişəm, amma faktın özü çox sayda sual doğurur. Əgər Avropa İttifaqında hansısa koordinasiya yoxdursa, sağ əl sol əlin nə etdiyini bilmirsə, bu sadəcə fəlakətdir. Lakin əgər bu qərar Hərtərəfli Birgə Fəaliyyət Planının xilası ilə bağlı Vyanada davam edən danışıqların qızğın vaxtında bilərəkdən qəbul olunubsa, bu artıq fəlakət deyil, cinayətdən betər səhvdir”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan ABŞ-a yeni səfir təyin edib

26

İyul
15:04
SİYASƏT
235

Sabahın hava proqnozu açıqlanıb

26

İyul
13:20
ÖLKƏ
224
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-07-2021 03:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru