Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Aprel

2021
14:52
Sürücünün döyülərək maşınının əlindən alınması iddiasına - Rəsmi cavab

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Göyçayda Yol-Patrul Xidməti əməkdaşlarının sürücünü döyərək maşınını əlindən alması iddiası haqda açıqlama verib. 

DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, bununla əlaqədar aparılan araşdırmalarla şikayətçi sürücünün Göyçayın Potu kəndində yaşayan Ramil Yusifov olduğu müəyyən edilib:

“O, bu il aprelin 7-də idarə etdiyi “Nissan Qashqai” markalı avtomobillə Göyçay-Ucar yolunda yol hərəkəti qaydasını pozduğu üçün YPX əməkdaşları tərəfindən saxlanılıb. Sənədləri yoxlanılarkən ondan kəskin spirt qoxusu gəldiyi üçün həkim müayinəsinə aparılıb və onun avtomobili sərxoş vəziyyətdə idarə etməsi məlum olub. Barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib edilib, idarə etdiyi avtomobil isə mühafizə olunan dayanacağa yerləşdirilib. 

Bu proses zamanı sürücüyə qarşı polis tərəfindən hər hansı zor tətbiqi və ya təhqiredici ifadələr işlədilməyib. Sürücü özü də yol verdiyi ciddi xətasını başa düşərək polis əməkdaşlarına qarşı hər hansı müqavimət göstərməyib, etiraz etməyib”. 

DİN-dən bildirilib ki, R. Yusifov bundan əvvəl də 2 dəfə avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə saxlanılıb və barəsində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb: “Yol hərəkətinin digər iştirakçıları-sürücülər və piyadalar üçün real təhlükə mənbəyi olan belə bir sürücünü kiminsə müdafiə etməsi, onu zərərçəkmiş kimi təqdim etməsi olduqca təəssüf doğuran haldır”. 

Qeyd edilib ki, həkim müayinəsindən keçərkən sürücüdə hər hansı bir xəsarət izi olmayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Qədr gecəsində nə etməli?

05

May
15:59
MƏNƏVİYYAT
288

Baş Prokurorluq və DTX birgə məlumat yaydı

05

May
15:18
HÜQUQ,HADİSƏ
258

XİN-də iki yeni idarə yaradılıb

05

May
12:27
SİYASƏT
333

"Space"ə yeni rəhbər təyin olundu

05

May
12:22
ÖLKƏ
397

Gürcüstan baş naziri Azərbaycanda

05

May
12:13
ÖLKƏ
376
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-05-2021 03:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru