Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Aprel

2021
12:17
Şəhid ailələrinə 11 min mənzil veriləcək - RƏSMİ

“2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi ev veriləcək”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qurum tərəfindən Bakının Qaradağ rayonunun “Ümid” qəsəbəsində şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə evlərin təqdim edilməsi zamanı bildirib.

Onun sözlərinə görə, həmin kateqoriyadan olan həm 2014-2019-cu illərdə qeydiyyata alınmış şəxslər, həm də 2020-ci ildə hərbi əməliyyatlarda, o cümlədən Vətən müharibəsində şəhid olanların ailələri və müharibə əlilləri yaxın beş ildə mənzil və fərdi evlə təmin olunacaq:

“2021-ci ildə 3 minədək mənzil və fərdi ev verilməklə, bu il mənzil və fərdi evlə təminat proqramı 2018-ci ilə nisbətən 5 dəfəyə yaxın genişlənəcək. Prezident İlham Əliyevin tapşırığı ilə keçmiş köçkünlər üçün tikilmiş mənzillər də şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilir. Hazırda “Ümid” qəsəbəsindəki yaşayış binalarından təqdim edilən 30 mənzil də daxil olmaqla 2021-ci ilin planı üzrə artıq 230 mənzil verilib. Ümumilikdə isə indiyədək 9 430 mənzil və fərdi ev verilib”.

Müharibə əlillərinin minik avtomobilləri ilə təminatından bəhs edən S.Babayev 2018-ci ildə 265 ədəd, 2019-cu ildə 600 ədəd, 2020-ci ildə 400, ümumilikdə indiyədək 7 200-dən çox avtomobilin müharibə əlillərinə verildiyini, bu tədbirlərin də davam edəcəyini diqqətə çatdırıb:

“Yeni mənzillə təmin olunanlar sırasında Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibənin əlilləri, Aprel döyüşləri iştirakçısı, habelə İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri var”.

Məqalədə : Şəhid 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı açıqlandı

16

May
16:58
ÖLKƏ
236

Sabah 35 dərəcə isti olacaq

16

May
14:05
ÖLKƏ
301

Vüqar Səfərlinin həbs müddəti uzadıldı

16

May
12:32
HÜQUQ,HADİSƏ
371

Vətən müharibəsi iştirakçısı vəfat etdi

16

May
12:29
BÖLMƏNİ DÜZ SEÇ!
347

Neftin bahalaşması davam edir

16

May
09:45
İQTİSADİYYAT
558

AMB-nin valyuta məzənnələri

16

May
09:30
İQTİSADİYYAT
591

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
814

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
640

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
712
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-05-2021 01:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru