Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Aprel

2021
11:38
Azad olunan ərazilərdə xidmət edən hərbçilərlə görüşlər keçirilir

Müdafiə nazirinin tapşırığına əsasən Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin psixoloqları tərəfindən qoşunlarda, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə şəxsi heyətlə görüşlər keçirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi qulluqçularla keçirilən tədbirlərdə əsas diqqət hərbi kollektivlərdə mənəvi-psixoloji vəziyyətin və sosial problemlərin öyrənilməsinə, hüquq qaydaları və hərbi intizamın möhkəmləndirilməsi məsələlərinə yönəldilir.

Keçirilən praktiki tədbirlərdə Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçuların psixoloji reabilitasiyası, hərbi xidmətə yeni gəlmiş hərbi qulluqçuların fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların hərbi xidmətə adaptasiyası, şəxsi heyətin xidməti təhlükəsizliyinin və sağlamlığının qorunması məsələləri də diqqət mərkəzindədir.

Tədbirlər çərçivəsində sosial-psixoloji testlər keçirilir, fərdi qaydada söhbətlər aparılır, komandir-rəis heyəti ilə təlimat-metodiki məşğələlər təşkil olunur və metodiki tövsiyələr verilir.

Məqalədə : Müdafiə Nazirliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 32 dərəcə isti olacaq

13

May
13:54
ÖLKƏ
296

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
481
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 18:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru