Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Aprel

2021
16:40
Qara maska, oyuncaq tapança, saxta paqonlar - FOTO

Lənkəranda polis əməkdaşı olduğu görüntüsünü yaratmağa çalışan şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran rayonunun Göyşaban kənd sakini Elsevər Cəfərzadə idarə etdiyi “Mercedes” markalı avtomobillə rayon ərazisində saxlanılaraq Lənkəran ŞRPŞ-yə gətirilib. 

Onun əynində arxa hissəsinə iri şriftlərlə “Polis” sözü yazılmış gödəkçə, sifətində üzərində “polis” sözü yazılmış qoruyucu maska, kəmərində antenalı olmaqla xüsusi vasitə olan əl radiostansiyasını xatırladan mobil telefon aşkarlanıb. İdarə etdiyi avtomobildən isə polis əməkdaşının fərqlənmə nişanı olan şevronlar, polis baş serjantı paqonları, bir ədəd qara kaburun içində oyuncaq tapança və 1 ədəd qara rəngli maska aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır.

Polis əməkdaşı olduğunu imitasiya edən bu şəxsin əməlindən zərərçəkən varsa aidiyyatı üzrə məlumat vermələri xahiş olunur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxma sayı azalır

17

May
16:30
ÖLKƏ
111

DİN polis atasının iddialarına cavab verdi

17

May
15:13
HÜQUQ,HADİSƏ
140

"BACI DÖVLƏTLƏR" ÖZ AMPULASINDA

17

May
13:08
MÜNASİBƏT
185

Bakıda bir marşrutda gediş haqqı endirildi

17

May
10:38
İQTİSADİYYAT
281

18 minə yaxın şagird imtahan verəcək

17

May
10:25
ELM / TƏHSİL
266
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-05-2021 17:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru