Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Aprel

2021
15:40
`Məhkəmə-Hüquq Şurası haqqında` qanunda dəyişiklik

“Məhkəmə-Hüquq Şurası haqqında” qanun layihəsinə təklif edilən dəyişiklik birinci oxunuşda müzakirə edilib. 

Qanunun 8.2-ci maddəsində “əməkhaqqı” sözünün “vəzifə maaşı” sözü ilə əvəz edilməsi təklif edilir. 

Bildirilir ki, bir çox normativ hüquqi aktlarda vəzifə səlahiyyətlərinin icrası ilə əlaqədar ödəniləcək pul məbləği əməkhaqqı sözləri ilə ifadə olunurdu. Belə ki, əməkhaqqı iş stajının müddətindən asılı olaraq fərqli olur.  

“Vəzifə maaşı” isə işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əməkhaqqının əsas hissəsidir.

Hazırda bir sıra normativ hüquqi aktlarda “əməkhaqqı” ifadəsi “vəzifə maaşı” ifadəsiylə əvəz edilib. Layihədə nəzərdə tutulan dəyişikliyin əsas məqsədi  “Məhkəmə-Hüquq Şurası haqqında” qanunun təkmilləşdirilməsidir.

Layihə birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Günel Türksoy

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİN polis atasının iddialarına cavab verdi

17

May
15:13
HÜQUQ,HADİSƏ
90

"BACI DÖVLƏTLƏR" ÖZ AMPULASINDA

17

May
13:08
MÜNASİBƏT
150

Bakıda bir marşrutda gediş haqqı endirildi

17

May
10:38
İQTİSADİYYAT
266

18 minə yaxın şagird imtahan verəcək

17

May
10:25
ELM / TƏHSİL
245
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-05-2021 16:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru