Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Aprel

2021
15:06
Ermənistanla sərhəddə yeni hərbi hissə fəaliyyətə başladı - FOTO

Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edildikdən və Ermə­nis­tan ilə dövlət sərhədləri işğaldan azad olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti Silah­lı Qüvvələrin Mü­zəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, bu ərazilərdə sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə tədbirlər davam etdirilir.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Aprel ayının 1-də Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.

Bununla əlaqədar təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini general-leytenant Rəşad Sadiqov çıxış edərək Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

Yeni hərbi hissə kompleksinin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları hərbi hissənin şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olmuş, o cümlədən xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana kompleksinə, anbar, silah və texniki vasitə­lərə, avtomobil texnikasına baxış keçiriblər.

Kompleks daimi işıq və istilik sistemi, zəruri avadanlıqlar, mebel və məişət əşyaları ilə təmin edilib.

Tədbirin sonunda xidməti fəaliyyətində yüksək nəticələr göstər­miş hərbi qulluqçular təltif olunublar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft yenidən bahalaşıb

21

İyun
09:45
DÜNYA
280

AMB-nin valyuta məzənnələri

21

İyun
09:34
İQTİSADİYYAT
270

Azərbaycana yay gəlib

21

İyun
09:11
ÖLKƏ
280

AİP İran xalqını təbrik etdi

20

İyun
12:56
SİYASƏT
408

Kriştiano Ronaldodan yeni REKORD

19

İyun
13:59
DÜNYA
492

Ceyhun Bayramov Ermənistana səsləndi

19

İyun
13:45
SİYASƏT
530

DTX Şuşada əməliyyat keçirdi

19

İyun
12:58
ÖLKƏ
523

Azərbaycan nefti cüzi bahalaşıb

19

İyun
10:43
İQTİSADİYYAT
625
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-06-2021 10:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru