Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Mart

2021
11:59
İran-Çin sazişi İsraili də narahat etdi

ABŞ-ın prezidenti Co Baydendən sonra, İsraili də İran və Çin arasında 25 illik hərtərəfli əməkdaşlıq müqaviləsindən narahat edib.

İsrailin keçmiş kəşfiyyat rəisi Amos Yadlin, Təl-Əvivin İran ilə Çin arasındakı hərtərəfli əməkdaşlıq müqaviləsindən narahat olduğunu söyləyib.

 Yadlin “Yediot Ahronot” qəzetinə verdiyi açıqlamasında, İsrailin Çin ilə İran arasındakı strateji tərəfdaşlıq və investisiya razılaşmasından narahat olduğunu söyləyərək, İran ilə Çin arasındakı razılaşmanın birgə hərbi təlimlər, inkişaf araşdırmaları və kəşfiyyat əməkdaşlığını da əhatə etdiyini bildirib: “Bir tərəfdən Çin İranın nüvə silahına sahib olmasına qarşı çıxır, lakin digər tərəfdən bunu dayandırmağa kömək etmir. İranın Çinin Amerikaya təzyiq göstərməsinin qarşısını alacaq siyasi müdafiəsinə də ehtiyac var. Çinlilər Bayden rəhbərliyinin Tramp administrasiyası olmadığını və daha aqressiv ola biləcəyini başa düşürlər”, - deyə o, qeyd edib.

Məqalədə : İran Çin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan ABŞ-a yeni səfir təyin edib

26

İyul
15:04
SİYASƏT
235

Sabahın hava proqnozu açıqlanıb

26

İyul
13:20
ÖLKƏ
224
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-07-2021 03:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru