Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Mart

2021
10:57
Ödəmə terminallarından 25 min oğurluq edənlər saxlanılıb

Lənkəranda ödəmə terminalları və mağazalardan oğurluq edən dəstə üzvləri saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, martın 23-də Lənkəran rayonunun Hirkan qəsəbəsində yerləşən bir mağazadan 800 manatlıq danışıq kartları, 150 manat dəyərində tütün məmulatları, 600 manat nağd pulun, həmçinin həmin mağazada yerləşən ödəmə terminalından 1910 manat pul oğurlanıb.

Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Səadət Mirzəyev, Peyman Məstəliyev, Ramiz Cəbiyev, və Zabir Hüseynzadə saxlanılıblar və törətdikləri əməli etiraf ediblər.

Onların ətrafında aparılan əməliyyat tədbirləri ilə saxlanılan şəxslərin Astara rayonu ərazisindəki 1 “Kapital Bank” və 1 “MilliÖn” ödəmə terminalından və 2 mağazadan ümumilikdə 22099 manat nağd pul, 1300 manat dəyərində isə tütün məmulatları oğurladıqları da müəyyən edilib.

Oğurlanmış pul və danışıq kartları onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktlarla bağlı araşdırma aparılır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
228

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
250

Sabah hava buludlu olacaq

07

May
13:38
ÖLKƏ
250
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-05-2021 00:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru