Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Mart

2021
10:05
Bakının 4 məktəbində ənənəvi dərslər bərpa olundu

Martın 29-dan paytaxtdakı 59, 98, 274 və 320 nömrəli tam orta məktəblərdə əyani tədris prosesi bərpa olunub. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. 

Bildirilib ki, qeyd olunan məktəblərin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Qeyd edək ki, 98 nömrəli tam orta məktəbdə çalışan 1 müəllimin, 274 nömrəli tam orta məktəbdə çalışan 4 müəllimin, 59 nömrəli tam orta məktəbin isə direktorunun “COVID-19” testi pozitiv çıxdığına görə məktəblərdə tədris müvəqqəti olaraq distant təhsil formasında davam etdirilirdi. Müvəqqəti olaraq 274 nömrəli məktəbin inzibati binasında fəaliyyət göstərən 320 nömrəli tam orta məktəb kollektivinin və şagirdlərin “COVID-19” infeksiyasına yoluxma hallarının qarşısını almaq məqsədilə həmin məktəbdə də tədris 2 həftəlik distant formada davam etdirilib.

Hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir.Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
340

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
276

Neft yenidən ucuzlaşıb

14

May
09:45
DÜNYA
423

Sabah 32 dərəcə isti olacaq

13

May
13:54
ÖLKƏ
657
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-05-2021 22:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru