Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyun

2020
10:44
BTQ ilə yeni növ yüklərin nəqlinə başlandı

"Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə yeni növ yüklərin nəqlinə başlayıb.

Şirkət Türkiyədən Azərbaycanın müxtəlif bölgələrinə yüklərin daşınmasına start verib. ADY Express Türkiyə və Gürcüstandakı tərəfdaşları ilə birgə polad və plastmass borular və beton dirəkləri Türkiyədən Azərbaycana nəql etməyə müvəffəq olub.

250 ton polad borular, 26 yarımvaqonda BTQ dəmir yolundan keçməklə Tükriyədən Gəncə şəhərinə daşınıb. 100 ton plastmass borular, 11 platformaya yüklənərək Türkiyədən Şəmkirə nəql edilib.

600 ton beton dirəklər isə 10 yarımvaqonda BTQ vasitəsi ilə Türkiyədən Abşerona çatdırılıb.

Bütün yüklərin çatdırılma vaxtı (tranzit vaxtı) 3 gün təşkil edib. Yüklər Türkiyədən Gürcüstanın Axalkalaki stansiyasına çatdırılaraq burada vaqonlarda təkər arabacıqların dəyişdirilməsi əməliyyatından sonra Azərbaycana yollarını davam etdiriblər.

Qeyd edək ki, BTQ dəmir yolu vasitəsi ilə bu növ yüklərin daşınmasının davamlı olacağı nəzərdə tutulub.

Beləliklə BTQ dəmir yolunun yaratdığı imkanlar, yük sahiblərinə bu yolla məhsullarının daşınmasına gözəl şərait yaradaraq yüklərin nəqlinin daha rahat, sürətli və təhlükəsiz edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
222

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
240

Sabah hava buludlu olacaq

07

May
13:38
ÖLKƏ
245
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-05-2021 23:18





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru