Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 İyun

2020
10:35
Koronavirus Azərbaycanda ödənişli xidmətlərin azalmasına səbəb olub

Koronavirus pandemiyası səbəbindən Azərbaycanda cari ilin yanvar-may aylarında ödənişli xidmətlərin həcmində azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkənin rayon və şəhərləri arasında vətəndaşların səfərlərinə qoyulan məhdudiyyətlərin təsiri nəticəsində cari ilin mart, aprel və may aylarında sərnişin daşınmasında müşahidə olunan ciddi azalmalar, həmçinin bir sıra xidmət sahələrinin fəaliyyətinə qoyulmuş məhdudiyyətlərlə əlaqədar əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir cari ilin yanvar-may aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 14,9 faiz azalaraq 2 milyard 858,8 milyon manat olub.

Hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 137,0 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 74,8 faizini təşkil edib. (trend)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda güclü külək əsəcək

27

İyul
13:25
ÖLKƏ
567

ARDNF-in aktivləri 44 milyard dolları keçib

27

İyul
12:55
İQTİSADİYYAT
510

Ötən gün 2218 nəfər toylara buraxılmayıb

27

İyul
11:25
HÜQUQ,HADİSƏ
585
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-07-2021 08:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru