Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2020
13:10
Fələstin rəsmisi: BƏƏ-nin rüşvətini qəbul etməyəcəyik

"Əl-Meyadin" xəbər kanalına verdiyi müsahibədə Həmasın yüksək vəzifəli rəsmisi Mahmud əl-Zəhhar, "Vətənimizi satacaq biri deyilik. Biz rüşvət qəbul etmirik və satılmayan prinsiplərimiz var", - deyə bildirib.

"Torpaqlarımızı heç bir pulla dəyişdirmirik. Biz bu ölkənin sahibiyik. Hheç vaxt ABŞ-ı vasitəçi və ya müzakirəçi olaraq tanımamışıq və bundan imtinaya davam edirik", - deyən Mahmud əl-Zəhhar, Fələstin Azadlıq Təşkilatının amerikalıların yalnız sionistlərə sadiq olduğunu başa düşdüyünü söyləyib.

Zəhhar belə davam edib: "Amerikalılar, onların təkliflərini qəbul edə biləcəyimizi düşünürlər. Bütün dünyanı bizə təklif etsələr də, Fələstindən əsla imtina etməyəcəyik. Heç bir hüquqdan imtina etmədən bütün Fələstini bütün Fələstin xalqı üçün istəyirik."

Əl-Zəhhar BƏƏ təyyarəsinin Təl-Əvivdəki Ben Qurion hava limanına Fələstin Azadlıq Təşkilatına humanitar yardım çatdırmaq bəhanəsi ilə enməsinə toxunaraq, "bu təyyarənin enişi İsrail rejimi ilə münasibətlərin normallaşmasının başlanğıcını əks etdirir", söyləyib.

Məqalədə : Fələstin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
540

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
562

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
693
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-05-2021 08:05





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru