Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyun

2020
17:15
BNA: “BakuBus”-a həvalə olunan digər xətlər üzrə də dəyişikliklər olacaq

Son 20 gündə üç problemli marşrut xətti ilə bağlı mühüm dəyişikliyin şahidi olduq. Sərnişinlərin ən çox şikayət etdiyi 11, 24 və 30 nömrəli marşrut xətləri üzrə norma və standartlara uyğun gəlməyən köhnə avtobuslar müasir və komfortlu nəqliyyat vasitələri ilə əvəz edildi.

Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib ki, 3 marşrut xəttinin dəyişilməsi ilə Bakıxanov, Qaraçuxur, 8-ci kilometr kimi qəsəbələrin müasir avtobuslarla şəhər mərkəzi ilə əlaqələndirməsi təmin edilib. Bunun üçün 3 marşrut xətti üzrə 60-a yaxın avtobus ayrılıb.

Dəyişikliklər pandemiya şəraitində baş verir və bu o deməkdir ki, karantin dövrünin çətinliklərinə baxmayaraq, vətəndaşların rahatlığı üçün nəzərdə tutulan tədbirlər təxirə salınmayıb.

Agentlikdən qeyd edilib ki, qarşıdakı həftələrdə müsabiqə nəticəsində “BakuBus” MMC-yə həvalə olunan digər xətlər üzrə də dəyişikliklər olacaq.

Məqalədə : BNA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
315

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
246

Neft yenidən ucuzlaşıb

14

May
09:45
DÜNYA
391

Sabah 32 dərəcə isti olacaq

13

May
13:54
ÖLKƏ
637
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-05-2021 18:03





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru