Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyun

2020
13:09
Narıncı zona elan edilən daha 4 rayonda karantin postları quruldu

Nazirlər Kabineti yanında Operativ Qərargahın COVİD-19 infeksiyasının geniş yayılmasının qarşısını almaq üçün verilən son qərarından sonra daha 4 rayonda karantin nəzarət postları qurulub.

Artıq Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının giriş-çıxışları hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən nəzarətə götürülüb. Adıçəkilən rayonların girişlərində polis postları yaradılıb, postlara polis əməkdaşları cəlb edilib. Bununla yanaşı, adıçəkilən rayonların daxilindəki küçə və prospektlərdə də polis postları qurulub.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu qərarı ilə Bakı, Sumqayıt, Gəncə, lənkəran şəhərləri və Abşeron rayou ilə yanaşı, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonları da COVİD-19 infeksiyasının yayıldığı ərazi elan olunub və həmin ərazilər narıncı zona elan edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
366

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
511
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 07:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru