Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyun

2020
11:35
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı

Azərbaycanda daha bir kənddə koronavirus yayıldı

İsmayıllı rayonunun daha bir kəndinin sakinləri arasında koronavirusa yoluxma aşkarlanıb.

Rayonun Bizlan kənd ərazi nümayəndəsi Şahbəndər Əmrahiyev Azvision.az-a açıqlamasında bildirib ki, kənddə üç nəfər koronavirusa yoluxub.

“Kənd sakinlərinin məlumatına əsasən, iki qadın İsmayıllı rayonunda yas məclisində iştirak ediblər və orada virusa yoluxublar. Yoluxanlardan biri koronavirus testi pozitiv çıxan qadının qardaşıdır.

Onlar Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Gündəlik xəbər alıram, qızdırmaları ölçülür və heç bir narahatlıq yoxdur. Həmin şəxslərlə təmasda olanlardan analizlər götürülüb və nəticələri neqativ çıxıb".

Ş.Əmrahiyev bildirib ki, qonşu Tircan kəndinə daha dörd nəfərdə koronavirusa yoluxma qeydə alınıb.

Xatırladaq ki, son günlər İsmayıllıda koronavirusa yoluxma hallarının artması ilə əlaqədar bu rayonda iki günlük sərt karantin rejimi tətbiq olunacaq.

Məqalədə : İsmayıllı koronovirus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
785

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
997
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-05-2021 11:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru