Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 İyun

2020
17:25
“Azərişıq” sərt karantin günlərində gücləndirilmiş rejimdə çalışacaq

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında sərt karantin rejimi tətbiqi ilə əlaqədar olaraq “Azərişıq” ASC qarşıdakı günlər ərzində də gücləndirilmiş iş rejimini davam etdirəcək.

Bu barədə qurumun Mətbuat xidmətinin rəisi Vaqif Aydınoğlu məlumat verib.

V.Aydınoğlu qeyd edib ki, əhalinin fasiləsiz enerji təchizatının təmin olunması məqsədilə texniki və təşkilati tədbirlər görülüb: ""Azərişıq" əməkdaşları koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq edildiyi vaxtdan gücləndirilmiş iş rejimində çalışır. Bu günlərdə də istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün Qəza xidmətləri minimum işçi sayı ilə öz vəzifələrini icra edəcəklər. Abonentlərimizdən xahiş edirik ki, hər hansı bir qəza halı yaranarsa 24 saat fasiləsiz fəaliyyət göstərən 199 Çağrı mərkəzi ilə əlaqə saxlasınlar. Onu da qeyd edək ki, istehlakçılar pandemiya dövründə ödənişləri onlayn qaydada, evdən çıxmadan həyata keçirə bilər. Bunun üçün "Azərişıq" ASC-nin rəsmi saytında (azerishiq.az) istənilən şəxs elektron ödəniş etmək imkanına malikdir. Sistemə bütün növ platformalardan və smartfonlardan daxil olmaq mümkündür".

Məqalədə : “Azərişıq” karantin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı açıqlandı

21

İyun
17:39
ÖLKƏ
135

Səməd Seyidov AŞPA-nı sərt tənqid edib

21

İyun
15:15
SİYASƏT
395

Sabah Azərbaycanda 41 dərəcəyədək isti olacaq

21

İyun
13:52
BÖLMƏNİ DÜZ SEÇ!
371
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-06-2021 00:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru