Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 İyun

2020
11:32
Bakıda avtobuslarda kondisionerlərin işləməsinə məhdudiyyət qoyuldu

Mövcud pandemiya şəraitində avtobuslarda sərinləndirmə sistemlərinin işə salınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi TƏBİB-lə məsləhətləşmələr aparılır. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, TƏBİB-in tövsiyəsinə əsasən avtobuslarda havanı daxildə dövr etdirən sərinləndirmə sistemlərinin olduğundan onların işə salınmasına məhdudiyyət qoyulub: "Bildirilib ki, havanın daxildə dövr olunması COVID-19 infeksiyasının yayılma riskinin artırır.

Həmçinin, bildiririk ki, avtobuslarda havalandırma sisteminin işə salınması ilə əlaqədar TƏBİB-lə müzakirələr davam etdirilir. Beynəlxalq təcrübə də nəzərə alınmaqla müəyyən qaydalar üzərində iş aparılır. Yekun qərar və qaydalar qəbul olunacaq və bu barədə əlavə məlumat veriləcək.

Buna qədər isə avtobuslarda pencərələri açıq saxlamaqla təbii havalandırmanın təmin olunması ilə bağlı göstəriş verilib.

Qeyd olunanları nəzərə alaraq sərnişinlərimizdən məsələlərə anlayışla yanaşmalarını xahiş edirik."

Məqalədə : BNA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
315

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
246

Neft yenidən ucuzlaşıb

14

May
09:45
DÜNYA
391

Sabah 32 dərəcə isti olacaq

13

May
13:54
ÖLKƏ
642
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-05-2021 18:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru