Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyun

2020
16:12
Fuad Nağıyev: “Daxili turizmin inkişafı prioritet istiqamətdir”

İyunun 1-də pandemiya dövründə dünya turizminin vəziyyəti və post-pandemiya dövrü üçün ölkələr tərəfindən nəzərdə tutulan planlar haqqında “Bərpaya doğru yol” mövsuzunda video konfrans keçirilib.

Region ölkələri arasında keçirilən konfransda çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Özbəkistanın Baş nazirini müavini, Turizm inkişafı üzrə Dövlət Komitəsinin sədri Aziz Abdukxakimov və Zurab Polokalaşviliyə təşəbbüs üçün təşəkkürünü bildirib və pandemiyanın Azərbaycan turizminə təsirlərinin azaldılması və sənayenin bərpası üçün görülən tədbirlər barəsində məlumat verib.

O bildirib ki, Azərbaycan hökuməti və Dövlət Turizm Agentliyi tərəfindən 2020-ci ilin fevral ayının ikinci yarısından etibarən turizm sənayesinin dayanıqlılığını təmin etmək və pandemiyanın təsirlərini minimuma endirilmək üçün preventiv tədbirlər görülüb.

O qeyd edib ki, pandemiyanın turizmə mümkün təsirləri barəsində müxtəlif ssenarilər hazırılanaraq hökumətə təqdim edilib. Buraya gözlənilən risklər, iş yerlərinin saxlanılması və turizm sahəsində sahibkarların fəaliyyətinə böhranın təsirlərinin azaldılması üzrə təkliflər daxil edilib. Fuad Nağıyev yerləşmə vasitəsi hesab edilən mehmanxana və mehmanxana tipli obyektlər, turizm agentlikləri və turoperatorlar, iaşə obyektləri üçün dəstək paketi haqqında məlumat verərək may ayının 15-dək proqram çərçivəsində ümumi olaraq əmək haqqı ilə bağlı maliyyə yardımı üçün müraciət etmiş vergi ödəyicilərinə 19 milyon 700 min manatın ayrıldığını bildirib.

Agentlik sədri, həmçinin 2019-cu il ərzində sahibkarlar tərəfindən ödənilən vergilərin geri qaytarılması,  orta və kiçik sahibkarlığın 2020-ci il üçün gəlir vergisinin 75%-dən azad olunması, sosial ödənişlər və kreditləşmə üzrə güzəştlərin verilməsi və s. haqqında məlumat verib.

Əlavə edilib ki, proqramdan 650 mehmanxana və mehmanxana tipli obyekt, 18000-dən çox iaşə obyekti və 4402 turagentlik və turoperator faydalanıb.

Bütövlükdə, turizmdə normallaşma prosesini dörd mərhələdə nəzərdə tutulduğunu, ilkin mərhələdə təlimlərin keçirilməsi, yeni onlayn platformanın yaradılması, xarici marketinq strategiyasında dəyişiklik, ölkədaxili turizm kampaniyasının təşviq edilməsi və sənayenin dəstəklənməsi, ikinci mərhələdə daxili turizmin bərpasının planlaşdırıldığını, üçüncü və dördüncü mərhələdə isə artıq sərhədlərin ilk növbədə qonşu və daha sonra digər ölkələrlə açılmasının planlaşdırılğını qeyd edib.

Fuad Nağıyev post-pandemiya dövründə ilk növbədə daxili turizmin inkişafının prioritet istiqamət olacağını vurğulayıb və ortamüddətli planda daxili turizmin inkişafı üçün xüsusi proqramların qəbul edilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Sonda Fuad Nağıyev BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasının Bakıda keçirildiyini xatırladaraq, yenidən Bakıda belə görüşərin keçiriləcəyinə inamını ifadə edib. O, Azərbaycanın təhlükəsiz  turizm destinasiyası olduğunu vurğulayaraq bu mövqenin gücləndirilməsi üçün “SAHMAN” proqramının hazırlandığını əlavə edib.

BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş Katibi Zurab Polokoşvili çıxış edərək turizmin böhranlardan sonra hər zaman daha güclü inkişaf etmək qabiliyyətinə malik olduğunu, tezliklə əvvəlki inkişaf sürətinə geri qayıdacağına inamını ifadə edib.

Konfransda, həmçinin Özbəkistanın Baş nazirinin müavini, Turizmin inkişafı üzrə Dövlət Komitəsinin sədri Aziz Abduxakimov, Belarusun Turizm və idman naziri Sergey Kovalçuk, Tacikistanın Turizmin inkişafı üzrə Komitəsinin sədri Şirin Amonzoda, Rusiyanın Turizm üzrə Federal Agentliyinin rəhbəri Zarina Doquzova, Türkmənistanın mədəniyyət naziri Atageldi Şamıradov, Moldovanın İnvestisiya üzrə Agentliyinin direktoru Rodika Verbeniuk, Gürcüstanın Milli Turizm Administrasiyasının sədrinin birinci müavini Rusudan Mamataşvili, Ermənistanın Turizm üzrə Dövlət Komitəsinin sədr müavini Alfred Koçaryan, Qırğızıstanın Mədəniyyət, informasiya və turizm nazirinin müavini Maksat Damiroğlu, həmçinin müvafiq qurumların əməkdaşları iştirak edib, müvafiq ölkələrin təcrübəsi barəsində fikir mübadilə aparılıb.  

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Qədr gecəsində nə etməli?

05

May
15:59
MƏNƏVİYYAT
338

Baş Prokurorluq və DTX birgə məlumat yaydı

05

May
15:18
HÜQUQ,HADİSƏ
289

XİN-də iki yeni idarə yaradılıb

05

May
12:27
SİYASƏT
384

"Space"ə yeni rəhbər təyin olundu

05

May
12:22
ÖLKƏ
445

Gürcüstan baş naziri Azərbaycanda

05

May
12:13
ÖLKƏ
426
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-05-2021 07:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru