Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Fevral

2020
17:05
AİP üzvləri Xocalı şəhidlərini yad etdilər - FOTO

Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunur. Azərbaycan İslam Partiyasının(AİP) üzvləri Xocalı qurbanlarının xatirəsinə ucaldılmış "Xocalı" abidəsini ziyarət ediblər.

Partiya funksionerləri "Ana harayı" abidəsini ziyarət ediblər, önünə gül dəstələri düzüblər, şəhidlərin ruhuna dualar oxuyublar.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Məqalədə : AİP Xocalı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 32 dərəcə isti olacaq

13

May
13:54
ÖLKƏ
301

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
486
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 18:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru