Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Fevral

2020
10:46
Beynəlxalq jurnalist təşkilatından Xocalı bəyanatı

Qlobal Jurnalist Şurası (Global Journalism Counsil) beynəlxalq jurnalist təşkilatı Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı bəyanat yayıb.

Təşkilatın beynəlxalq məsələlər üzrə sədr müavini Elşad Eyvazlının adından yayılan açıqlamada dünyada insanlığa qarşı törədilən hər bir akt pislənilir, insanlar dinc, yanaşı yaşamağa çaığırılır.

Bəyanatda daha sonra deyilir: “Bu gün dünyada insanlığa qarşı törədilən faciə kimi qəbul edilən, adı Holokost, Srebrenitsa soyqırımları ilə birgə çəkilən Xocalı soyqırımının 28 ili tamam olur. Bu soyqırımını törədənlər beynəlxalq hüquq qarşısında cavab verməlidirlər. Odur ki, Birlışmiş Millətlər Təşkilatının Beynəlxalq Məhkəməsini, Beynəlxalq Cinayət Məhkəməsini Xocalı soyqırımına qiymət verməyə çağırırıq. Bu məsələdə jurnalistlərin üzərinə böyük yük düşür. Hər bir jurnalist doğrunun yanında, insanlığın yanında olmalıdır.

Jurnalistlər hər zaman insanlığı müdafiə etməli, şər qüvvələrə qarşı mübarizə aparmalıdır.

Qlobal Jurnalist Şurası bir daha bütün dünyada insanlığa qarşı olan hərəkətləri pisləyir. Belə halların bir daha baş verməməsi üçün cinayətkarların cəzalandırılmasını tələb edir, insanları sülh, barış içində yaşamağa çağırır”.

Məqalədə : Xocalı soyqırımı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
575

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
592

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
728
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-05-2021 09:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru