Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Fevral

2020
10:15
Bakıda məskunalaşan 30 məcburi köçkün ailəsi Füzuliyə yerləşdiriləcək

Abşeron ərazisində "Stansiya Sumqayıt" adlanan yerdə məcburi köçkünlər üçün yaşayış binalarının tikintisi davam edir.

Bunu Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, işlərin ilin sonunacan yekunlaşdırılacağı gözlənilir:

"Cənab Prezident 7000-dən çox ailə üçün nəzərdə tutulmuş qəsəbənin salınması göstərişi verib. Hazırda tikinti davam edir. Biz də maraqlıyıq ki, mənzillərin tikintisini vaxtında və keyfiyyətli tamamlayaraq istifadəyə verək”.

Sədrin sözlərinə görə, işlərin hamısı mərhələli şəkildə olacaq: “Məqsədimiz ilk növbədə ən ağır şəraitdə olan ailələrin köçürülməsinə nail olmaqdır. Bunlar hamısı mərhələli şəkildə olacaq".

Rövşən Rzayev əlabə edib ki, Samuxda da yeni qəsəbənin salınması gözlənilir:

“Bir binamız Ağdamda 50 mənzildən ibarət olacaq. 45 ailəlik bina Lənkəranda, 30 fərdi evə isə Füzulinin işğaldan azad olunmuş ərazisində tikilir. Bu binaları tamamlayandan sonra Bakıda məskunlaşan 30 ailəni Füzuliyə, öz doğma kəndlərinə köçürəcəyik".

Məqalədə : Məcburi köçkün 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
680

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
867

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
664
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-05-2021 03:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru