Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2020
16:50
Güləşçimiz Ağahüseyn Mustafayev erməniyə göz açmağa imkan verməyib

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

Beşinci yarış günündə sərbəst güləşçilərin mübarizəsinə start verilib.

Püşk Əli Rəhimzadəni startda olimpiya, dünya və 3 qat Avopa çempionu Vladimir Xinceqaşviliylə üz-üzə qoyub. Ancaq gənc güləşçimiz titullu rəqibiylə görüşü çəkinmədən və yüksək səviyyədə keçirərək böyükhesablı qələbəyə sevinib.

Ağahüseyn Mustafayev ilk mərhələdə Ermənistan idmançısıyla üz-üzə gəlib. Dramatik olduqca gərgin və maraqlı alınıb. Prinsipial qarşılaşmaya rəqib daha yaxşı başlayıb və 8:0 önə keçib. Ancaq özünü itirməyən həmyerlimiz inanılmaz əzmkarlıq nümayiş etdirərək fantastik geridönüş edib. İkinci hissədə rəqibə göz açmağa imkan verməyən Avropa çempionatının gümüş medalçısı yarışa inamlı qələbəylə start verib. Həmyerlimiz daha sonra Belarus təmsilçisindən güclü olub.

Cəbrayıl Həsənov ötən analoji yarışda olduğu kimi, yenə ilk görüşdə Nika Kentçadzeni sınağa çəkib. Buxarestdə olduğu kimi, Romada da millimizin kapitanı ilə 23 yaşadək güləşçilərin dünya çempionu arasında qarşılaşma gərgin mübarizə şəraitində keçib. Son dəqiqəyə kimi 3 qat Avropa çempionumuz hesabda 0:3 geridə olsa da, xarakter göstərərək qələbəni təmin edib.

57 kq

1/8 final: Əfqan Xaşalov - Valentin Damur (FRA)

65 kq

1/8 final: Əli Rəhimzadə - Vladimir Xinceqaşvili (GEO) 7:0

1/4 final: Əli Rəhimzadə - George Bukur (ROU)

70 kq

Təsnifat: Ağahüseyn Mustafayev - Gevorq Mxeyan (ARM) 15:8

1/8 final: Ağahüseyn Mustafayev - Viktar Serada (BLR) 8:2

1/4 final: Ağahüseyn Mustafayev - Aleksey Boruta (UKR)

79 kq

Təsnifat: Cəbrayıl Həsənov - Nika Kentçadze (GEO) *3:3

1/8 final: Cəbrayıl Həsənov - Omarasxab Nacmudinov (ROU)

97 kq

1/8 final: Nurməhəmməd Hacıyev - Pavel Oleynik (HUN)

Məqalədə : Ağahüseyn Mustafayev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Baş Prokurorluq partiya sədrinə xəbərdarlıq edib

22

Sentyabr
16:13
HÜQUQ,HADİSƏ
265

Husilər Yəməndə ciddi irəliləyib

22

Sentyabr
15:40
DÜNYA
231

Sumqayıtdan Bakıya yeni yol çəkilə bilər

22

Sentyabr
14:33
NƏQLİYYAT
271

İmran Xan Talibana xəbərdarlıq etdi

22

Sentyabr
14:19
DÜNYA
304

Anar Bağırov hakimləri tənqid etdi

22

Sentyabr
12:21
HÜQUQ,HADİSƏ
266

Bayden İrana çağırış etdi

22

Sentyabr
10:47
DÜNYA
446
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2021 04:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru