Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Fevral

2020
15:50
Ərdoğanın baş müşaviri və Van AFAD müdürü qar uçqununun altında qalıb

Ərdoğanın baş müşaviri və Van AFAD müdürü qar uçqununun altında qalıb

Türkiyənin Van-Bahçesaray magistralının 33-cü kilometrliyində qar uçqunu baş verib. Qarın altında qalan mikroavtobusdakı iki nəfərin xilas edilməsi üçün aparılan axtarışlar zamanı meydana gələn ikinci qar uçqununda Prezident Rəcəb Tayyib Ərdoğanın Baş müşaviri Gülşən Orhan və Van AFAD müdürü Osman Uçar da qar altında qalıb.

Bu barədə “Hürriyyet” xəbər verib.

Yaralı vəziyyətdə xilas edilən Gülşən Orhan və Osman Uçar dərhal xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, bu gün baş verən qar uçqununda 8 nəfər ölüb, 30 nəfər xilas edilib.

Axtarma-xilasetmə işləri davam edirkən ikinci uçqun baş verib.

Məqalədə : qar uçqunu Türkiyə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
410

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
499

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
408
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-06-2021 17:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru