Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Yanvar

2020
15:15
Bakı məktəblərində “Ən yaxşı təqdimat” müsabiqəsinə start verilib

“Ümumi təhsil müəssisələrinin uşaq birliyi təşkilatının rəhbərləri arasında ən yaxşı təqdimat” müsabiqəsi keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, müsabiqədə seçilən təqdimatların mövzuya uyğunluğu, nəzəri əsaslarının mövcudluğu, yaradıcı yanaşma, əldə edilən nəticənin aydın və səlis olması, elmi bilik və təcrübənin inkişafı kimi meyarlar əsas götürülür.

Müsabiqə üzrə təqdimatlar Münsiflər heyəti tərəfindən dinlənilir.

Qaliblər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə uyğun olaraq keçirilən müsabiqənin əsas məqsədi təhsil müəssisələrində qabaqcıl və yaradıcı uşaq birliyi təşkilatı rəhbərlərinin təcrübəsindən yararlanmaq, onlarla aparılan işləri daha da gücləndirmək və fəaliyyətlərinə stimul verməkdən ibarətdir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
192

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
165

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
161

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
175

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
187

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
306

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
296

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
303

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
317
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2021 19:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru