Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Yanvar

2020
11:45
Xuraman Şuşalı: `AzTV hicablı olduğuma görə məni efirlərə dəvət etmir`

İllər öncə onu tanıyanlar nə zamansa hicab bağlayıb, ibadət edəcəyini, ailə qurub 4 uşaq anası olacağını ağlına belə gətirməzdilər. Çünki zamanında səhnədə sərbəst geyimi, davranışı ilə kifayət qədər diqqət çəkmişdi. Amma bu gün şou-biznesinin ən çoxuşaqlı müğənnilərindən biridir. Söhbət Xuraman Şuşalıdan gedir.

FaktXəbər-in məlumatına görə, "News24.az"-a müsahibə verən xanım ifaçı maraqlı açıqlamaları ilə diqqət çəkib. İfaçı hicablı olduğuna görə bəzi problemlərlə qarşılaşdığını deyib. O, AzTV telekanalının hicabına görə onu efirə buraxmadığını dilə gətirib:

“AzTV hicablı olduğuma görə məni efirlərə dəvət etmir. Halbuki, mən  o televiziyada böyümüşəm. "Bənövşə” uşaq xorunda oxumuşam, AzTV-nin solisti olmuşam, "Qızıl Fond”da ifalarım var, "Arşın mal alan”da Telli obrazını canlandırmışam, Tofiq Tağızadə, Tükəzban İsmayılova, İslam Rzayev məktəbini görmüşəm, konservatoriyada oxumuşam, ali musiqi təhsili almışam. Hətta bu gün pedaqoq kimi çalışıram.  Niyazi adına musiqi məktəbində müəlliməyəm. Ancaq təssüf ki, müəyyən qapılar var ki, gedib onları döyməlisən. Fəxri ad almaq üçün müraciətlər etməlisən. Bunların heç birini etməmişəm və qarşıma çıxan heç bir şanslardan da yararlanmamışam. Halbuki kiməsə deyə bilərdim ki, "mən də fəxri ad istəyirəm”, Amma düşünürəm, nahaq. İndən sonra bunu edəcəm, etmək lazımdır. İndi Fəxri ad almaq istəyirəm. Çünki bunun üçün yetərincə fəaliyyətim olduğunu düşünürəm”.

Məqalədə : Xuraman Şuşalı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Qədr gecəsində nə etməli?

05

May
15:59
MƏNƏVİYYAT
338

Baş Prokurorluq və DTX birgə məlumat yaydı

05

May
15:18
HÜQUQ,HADİSƏ
289

XİN-də iki yeni idarə yaradılıb

05

May
12:27
SİYASƏT
384

"Space"ə yeni rəhbər təyin olundu

05

May
12:22
ÖLKƏ
445

Gürcüstan baş naziri Azərbaycanda

05

May
12:13
ÖLKƏ
426
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-05-2021 07:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru