Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Yanvar

2020
12:13
AİP Hacı Mövsüm Səmədova azadlıq tələb etdi

Qurumun Mətbuat Xidmətindən bu haqda redaksiyamıza daxil olan bəyanatda deyilir:

 “7 yanvar tarixində Azərbaycan İslam Partiyasının sədri Doktor Mövsüm Səmədovun həbsindən 9 il ötür. Əməlində heç bir cinayət tərkibi olmadan şərlənərək azadlıqdan məhrum edilmiş Mövsüm Səmədovun həbsinin əsl səbəbləri Azərbaycan cəmiyyəti üçün hələ də müəmma olaraq qalır. Bu da tanınmış din aliminin, həkim, vətənpərvər, xalqını canından çox sevən bir insanın əqidədaşlarının, ölkəmizin bütün ibadət əhlinin haqlı narahatlığına və narazılığına səbəb olur. İslamçılar partiya sədri Mövsüm Səmədovun ölkə rəhbərliyinin də etiraf etdiyi korrupsiya, rüşvətxorluq, cəmiyyətimizdə mənəvi aşınmaya şərait yaradan hallar barədə kəskin tənqidi münasibət və çıxşlarının, haqlı etirazlarının saxta və qondarma ittihamlarla qarşılanmasını  ədalətsizlik, ona qarşı qeyri-adekvat addım kimi qiymətləndirir. 

Mövsüm Səmədov nəinki ölkə daxilində,  bir sıra qardaş müsəlman ölkə ictimaiyyətinin də tanıdığı dəyərli alim, İslam elminin, təfəkkürünün dağıyıcısı kimi  qiymətləndirilir. Göründüyü kimi, onun şəxsi dəyərləri, böyük hörmət və nüfuza malik olması, cəmiyyətə doğrunu təlim edərək pisliklərdən çəkindirməsi Azərbaycanda müxtəlif maraqları olan bəzi qütbləri nəinki təmin etmir, bəlkə də çox ciddi narahat edir. Məhz Mövsüm Səmədovun və onun kimi din alimlərinin həbsi xalqımızın düşmənlərini, xüsusən dünyanın işğalçı rejim rəhbərlərini, erməni qəsbkarlarını sevindirir. Çünki İslam  alimlərinin, o cümlədən M.Səmədovun həbsi  ölkəmizdə mənəviyyatın aşınmasında maraqlı olan xarici qüvvələr  üçün geniş və maneəsiz meydan açır. Avropanın qeyri-sağlam dəyərlərini ölkəmizə daşımağa səy göstərənlər, bu istiqamətdə böyük maliyyə sərf edənlər üçün xalqını, vətənini sevən, cəmiyyətin mənəvi saflığını qorumağa çalışan, onun gələcəyini düşünən insanların cəmiyyətdən təcrid olunması böyük qələbədir. 

Azərbaycan müsəlman  dünyasının bir parçası, şərqin qapısıdır. İslam dininin təbliğ və yayılmasında ölkəmizin din alimlərinin, tarixi şəxsiyyətlərimizin qiymətsiz rolu olmuşdur. Milli-mənəvi dəyərlərimizin qorunmasında İslam alimnlərinə münasibət, dini bayram və mərasimlərinin, müqəddəs İslam şəxsiyyətrlərinə verilməli olan ictimai dəyərin rolu əvəzsizdir. 

Artıq 9 il məhbus həyatı yaşayan Mövsüm Səmədovun haqsız olaraq azadlıqdan məhrum edilməsini dünyanın bir sıra hüquqi təşkilarları, insan hüquqlarının müdafiə institutları etiraf edir.  Amma biz ölkəmizin indiki müstəqillik dövründə İslam dininin müqəddəsliyi, paklığı, humanizmi, mütərəqqiliyi, ədaləti, mərhəməti və mənəviyyatı təkcə sözdə və dildə deyil, əməldə də icra olunmasını istəyirik. Bu baxımdan cəmiyyətimiz adından İslam alimlərinin, o cümlədən haqsız yerə məhbus həyatı yaşayan Doktor Mövsüm Səmədovun tezliklə azad edilməsini tələb edirik.  Hesab edirik ki, hakimiyyət dairələri mütərəqqi insanların həyatını cəmiyyətin saflığına və sağlam gələcəyinə qurban verən və bu gün cəmiyyətdən təcriddə yaşayan İslamn alimlərinin tezlikllə azadlığa çıxmalarına rəvac verəcək.” 

Məqalədə : Mövsüm Səmədov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İtaliya 3 qolla 1/8 finalda! - VİDEO

17

İyun
01:14
İDMAN
295

ABŞ və Rusiya liderləri razılaşdı

16

İyun
20:52
DÜNYA
284

UEFA prezidenti Bakıda

16

İyun
16:19
İDMAN
297

Vətən müharibəsi qazisi vəfat edib

16

İyun
15:29
HƏRB
348

Sabah 39 dərəcə isti olacaq

16

İyun
13:19
ÖLKƏ
402
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2021 08:22





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru