Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

© Report/ Məleykə Abbaszadə

27 Dekabr

2019
10:54
DİM sədri: “Yüksəliş” müsabiqəsi üçün sınaq imtahanı keçiriləcək

“Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanların şəffaflığı onunla təmin olunur ki, insan faktorundan uzaqdır”.

Bunu “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü, Dövlət İmtahan Mərkəzinin (DİM) Dirtektorlar Şurasının sədri Məleykə Abbaszadə müsabiqənin başlanmasına dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müsabiqədə imtahanlar onlayn şəkildə olacaq: “Ən əsası biz iştirakçılara inanırıq ki, onlar bu müsabiqədə suallara cavab verəcəklər. “Yüksəliş” müsabiqəsində iştirak etmək istəyən şəxslər üçün sınaq imtahanı keçiriləcək”.

O qeyd edib ki, “Yüksəliş” müsabiqəsi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin edəcək.

“Bu, yeni bir sahədir. Biz bu prosesdə ən müasir alətlərdən istifadə edəcəyik. Azərbaycanda 20 il ərzində topladığımız təcrübə bizə bu məsələdə kömək edəcək. Bizim bütün insan potensialımız və ekspertlərimiz bu prosesə qoşulacaqlar. Bunun şəffaflığının təmin olunmasında təkcə bizim idarə heyəti yox, bütün bu prosesə müşahidə edən şura nəzarət edəcək. Bizim hər bir addımımız ictimaiyyətə çatdırılacaq”, - M.Abbaszadə bildirib.

Məqalədə : Məleykə Abbaszadə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan ABŞ-a yeni səfir təyin edib

26

İyul
15:04
SİYASƏT
150

Sabahın hava proqnozu açıqlanıb

26

İyul
13:20
ÖLKƏ
147
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-07-2021 17:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru