Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Dekabr

2019
10:39
DİM sədri: `Struktur və kadr islahatları standartların dəyişməsinə dəlalət edir`

"İnsan kapitalının səmərəli istifadə olunması, əməkdaşların potensialının üzə çıxarılması, dövlət orqanlarında vakant vəzifələrin tutulması, eləcə də dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafı dövlət qulluğunda islahatların aparılması prosesində mövcud olan aktual məsələlərdir".

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Dövlət idarəçiliyində səriştə modeli: çətinliklər və həll yolları" mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.

DİM sədri bildirib ki, dövlət idarəetmə sistemində aparılan struktur və kadr islahatları standartların dəyişməsinə dəlalət edir.

M.Abbaszadə qeyd edib ki, müasir dövrdə bacarıq və kvalifikasiya anlayışları kompetensiyaların (səriştələrin) qiymətləndirilməsi konsepsiyası ilə əvəzlənir: "Kompetensiya əsasında qiymətləndirmənin tətbiqi dövlət qulluğunda seçimi və qiymətləndirməni daha da gücləndirir, nəticə etibarilə idarəetmənin şəffaflığını və səmərəliyini təmin edir".

O vurğulayıb ki, bu il intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsi təsis edilib, hazırda bu istiqamətdə çox ciddi hazırlıq işləri aparılır.

"Eyni zamanda, özəl sektor tərəfindən kompetensiyalar modelinin inkişafı sahəsində əldə olunmuş nailiyyətlərin də vacibliyini qeyd etmək istəyirəm. Belə təcrübənin öyrənilməsi və sonra müvafiq modellərin tətbiqi dövlət qulluğuna namizədlərin seçimini daha da çevik və səmərəli edəcək.

Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində müxtəlif tədbirlərin həyata keçirilməsi mövcud problemləri, çağırışları, dövlət qulluğu sahəsində region ölkələrinin müsbət təcrübəsini öyrənməyə, eləcə də kompetensiya modelinin Azərbaycanda uğurlu tətbiqi üçün mümkün həll yollarının birgə müzakirəsinə imkan yaradır",- Məleykə Abbaszadə əlavə edib.

Məqalədə : Məleykə Abbaszadə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

29

İyul
12:38
MƏNƏVİYYAT
106

Azərbaycan nefti yenidən bahalaşıb

29

İyul
11:14
İQTİSADİYYAT
125

Neftin bahalaşması davam edir

29

İyul
10:47
İQTİSADİYYAT
196

ABŞ İraqa 17 min artefakt qaytaracaq

29

İyul
09:58
DÜNYA
265

Bu gün rekord sayda peyvənd vurulub

28

İyul
17:48
ÖLKƏ
342

Bayden: "Putin təhlükəlidir"

28

İyul
15:37
DÜNYA
372
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-07-2021 12:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru