Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Noyabr

2019
16:07
Əsəd: Tramp bizimlə bağlı zarafat edib

Suriya prezidenti Bəşər Əsəd Amerikalı həmkarı Donald Trampın Suriya hakimiyyətinə İŞİD terror təşkilatının lideri Əbu Bəkrə Bağdadinin məhv edilməsində göstərdikləri köməyə görə təşəkkürlərini zarafat adlandırıb.

FaktXəbər bildirir ki, o, bunu "Paris Match"a verdiyi müsahibəsində bəyan edib.

Əsəd, Suriya səlahiyyətlilərinin İŞİD rəhbəri haqqında məlumatların ABŞ-a verilməsi ehtimalını şərh edərkən, "bu sual məni həmişə güldürür, çünki daha vacib sual Bağdadinin həqiqətən öldürülüb öldürülməməsi və amerikalıların oynadığı bu gözəl komediyanın həqiqət olub-olmamasıdır", - deyə bildirib. 

Jurnalistin, "o zaman Tramp Əsədə nə üçün təşəkkür etdi" sualına isə Suriya prezidenti, "bu onun növbəti zarafatlarından biridir" cavabını verib.

Daha əvvəl məlum olub ki, Amerika prezidenti Bağdadini məhv etmək üçün ABŞ-ın Suriyadakı xüsusi əməliyyatında iştirak edən Konan adlı iti mükafatlandırıb.

27 oktyabr tarixində isə Tramp Bağdadinin öldürüldüyünü elan edib. Rusiya, İraq, Suriya və kürdlərə bu əməliyyatda göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.

Rusiya Müdafiə Nazirliyi Suriyanın İdlib bölgəsində Bağdadini məhv etmək üçün əməliyyat keçirən ABŞ ordusu ilə bağlı heç bir məlumatının olmadığını açıqlayıb.

Məqalədə : Bəşşar Əsəd Tramp Suriya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft yenidən ucuzlaşıb

17

İyun
09:35
İQTİSADİYYAT
110

AMB-nin valyuta məzənnələri

17

İyun
09:13
İQTİSADİYYAT
355

İtaliya 3 qolla 1/8 finalda! - VİDEO

17

İyun
01:14
İDMAN
340

ABŞ və Rusiya liderləri razılaşdı

16

İyun
20:52
DÜNYA
309

UEFA prezidenti Bakıda

16

İyun
16:19
İDMAN
317

Vətən müharibəsi qazisi vəfat edib

16

İyun
15:29
HƏRB
368

Sabah 39 dərəcə isti olacaq

16

İyun
13:19
ÖLKƏ
417
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2021 09:59





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru