Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Noyabr

2019
09:35
Şəhriyar Məmmədyarovdan 2 heç-heçə, 1 məğlubiyyət

Buxarestdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun da mübarizə apardığı “Grand Chess Tour 2019” seriya turnirinin rapid yarışında daha 3 partiya oynanılıb.

Şahmatçımız dördüncü turda amerikalı Uesli Soya məğlub olub, beşinci qarşılaşmada ukraynalı Anton Korobov, altıncı matçda isə ermənistanlı Levon Aronyanla heç-heçə edib. Qeyd edək ki, idmançımız ilk üç turda bütün qarşılaşmalarda “sülh”ə razılaşıb. Altı turun yekununa görə Ş.Məmmədyarov 5 xalla 7-ci pillədə qərarlaşıb.

Noyabrın 8-dək davam edəcək rapid yarışından sonra, ayın 9-10-da blits turnirinin partiyaları oynanılacaq. Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.

Xatırladaq ki, “Grand Chess Tour 2019” turnirinin ilk mərhələsi Abican, sonrakı mərhələləri Zaqreb, Paris, Sent-Luisdə keçirilib. Yarışın növbəti mərhələsi Kəlkətə şəhərində təşkil ediləcək. Londonda isə noyabrın 30-dan dekabrın 10-dək final seriyanın matçları keçiriləcək.

Məqalədə : Şəhriyar Məmmədyarov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti yenidən bahalaşıb

29

İyul
11:14
İQTİSADİYYAT
105

Neftin bahalaşması davam edir

29

İyul
10:47
İQTİSADİYYAT
181

ABŞ İraqa 17 min artefakt qaytaracaq

29

İyul
09:58
DÜNYA
235

Bu gün rekord sayda peyvənd vurulub

28

İyul
17:48
ÖLKƏ
332

Bayden: "Putin təhlükəlidir"

28

İyul
15:37
DÜNYA
361

SOCAR-ın idarə rəisi işdən çıxıb

28

İyul
14:52
ÖLKƏ
387
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-07-2021 12:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru