Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2019
14:55
İsrail polisi 5 yaşlı uşağın gözü qarşısında fələstinli ataya silah çəkdi-VİDEO

İsrail sərhəd polisinin fələstinli gənci səbəbsiz olaraq kürəyini plastik güllə ilə vurduğuna dair mübahisələr davam etdirərkən, sosial mediada yayımlanan yeni bir görüntü, rejim qüvvələrinin fələstinlilərə münasibətini bir daha nümayiş edib.

Belə ki, işğal olunmuş İordan çayının qərb sahilində Əl-Xəlil şəhərində İsrail əsgəri fələstinli ataya 5 yaşlı uşağının qarşısında silah çəkib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə görüntülər sosial şəbəkələrdə geniş yayılıb.

Kadrlarda fələstinli atanın "Daş atdı? O, hələ 5 yaşındadır" - dediyi, cavabında isə "Bəli, o daş atdı, bütün dostlarınız daş atır. Yaşı vecimə də deyil" eşidilir.

Münaqişə davam edərkən hadisə yerinə gələn başqa bir İsrail əsgərinin, fələstinli kişini uşağının gözü qarşısında döydüyü görünür.

Gərginlik artdıqca, İsrail əsgərlərindən biri silahını elə uşağın gözü qarşısında ataya doğruldur.

Məqalədə : İsrail Fələstin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
176

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
259

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
559
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 01:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru