Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Noyabr

2019
11:03
Beyl və Remsi Bakıya gəlməyə bilər

UEFA AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstan yığmaları ilə qarşılaşacaq Uels millisinin zədəli futbolçularının durumuna aydınlıq gəlib.

Baş məşqçi Rayan Giqqzi daha çox komandanın liderləri – kapitan Qaret Beyl və Aaron Remsinin durumu qayğılandırır.

Uels komandasının oktyabrın 13-də Xorvatiya kollektivi ilə Kardiffdə 1:1 hesablı heç-heçə etdiyi matçda baldır əzələsindən təkrar zədə alan Beyl İspaniya təmsilçisi “Real Madrid”in heyətində son 4 oyunu buraxıb.

Madridlilərin baş məşqçisi Zinəddin Zidan yenicə məşqlərə başlayan 30 yaşlı hücumçunun noybarın 6-da Çempionlar Liqasının qrup mərhələsinin IV turunda Türkiyənin “Qalatasaray” kollektivi ilə ev, 3 gün sonra isə La Liqanın XIII turunda “Eybar” komandası səfər görüşündə meydana çıxacağına şübhə edir.

Qeyd edək ki, noybarın 16-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Uels oyunu saat 21:00-da başlayacaq. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv 3 gün sonra Slovakiya komandasının qonağı olacaq. Trnavadakı Anton Malatinskiy stadionunda reallaşacaq görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. (report)

Məqalədə : Uels millisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

29

İyul
12:38
MƏNƏVİYYAT
107

Azərbaycan nefti yenidən bahalaşıb

29

İyul
11:14
İQTİSADİYYAT
140

Neftin bahalaşması davam edir

29

İyul
10:47
İQTİSADİYYAT
211

ABŞ İraqa 17 min artefakt qaytaracaq

29

İyul
09:58
DÜNYA
280

Bu gün rekord sayda peyvənd vurulub

28

İyul
17:48
ÖLKƏ
342

Bayden: "Putin təhlükəlidir"

28

İyul
15:37
DÜNYA
372
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-07-2021 12:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru