Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Noyabr

2019
15:52
Ombusman Aparatı 5 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib

Məlum olduğu kimi, Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrup (MPQ) üzvləri tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələr həyata keçirilməklə həmin müəssisələrdə saxlanma şəraiti, rəftar məsələləri, qidalanma vəziyyəti, tibbi xidmətin təşkili araşdırılır.

Bu fəaliyyət çərçivəsində MPQ-nin üzvləri tərəfindən növbəti başçəkmə əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Salyan rayonunda yerləşən 5 saylı cəzaçəkmə müəssisəsinə keçirilib.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunan başçəkmədə məqsəd müəssisədə saxlanma şəraitinin və rəftarın, habelə daxil olan müraciətlərin araşdırılması, məhkumların hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində saxlanma şəraiti, qidalanma, su təminatı, sovqat, gəzinti, görüş, telefon danışıqları, habelə tibbi yardımın təşkili ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.

Rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin müəssisədə təsadüfi seçim əsasında çoxsaylı məhkumlar konfidensial qaydada dinlənilib, hüquqlarının təmin olunması vəziyyəti, müvafiq sənədləşmə yerində araşdırılıb, qaldırdıqları məsələlər və tibbi yardımla bağlı bir sıra müraciətləri yerində təmin edilib.

Fərdi qəbul və görüş zamanı qaldırılan məsələlərlə bağlı hər bir məhkuma Ombudsmanın səlahiyyətləri ilə bağlı hüquqi məsləhətlər verilib və müraciətləri qəbul olunub.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılıb, milli və beynəlxalq qanunvericiliyə, o cümlədən Avropa Penitensiar Qaydalarına müvafiq şəkildə saxlanma şəraiti, tibbi xidmət və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Məqalədə : həbsxana ombudsman 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda yeni Nəbatat bağı salınacaq

22

İyun
16:53
ÖLKƏ
612

Köçəryan seçkilərə etiraz edəcək

22

İyun
15:33
DÜNYA
603

Kəlbəcərə 24,5 milyon manat ayrıldı - SƏRƏNCAM

22

İyun
15:13
İQTİSADİYYAT
613

Azərbaycan neftinin qiyməti 75 dolları ötüb

22

İyun
11:59
İQTİSADİYYAT
547

Milli Məclisin iclası başlayıb

22

İyun
11:27
HÜQUQ,HADİSƏ
618

Reuters İranın neftindən yazdı

22

İyun
11:22
DÜNYA
633
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2021 09:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru