Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Oktyabr

2019
15:30
Livanda bütün banklar bağlanıb

FaktXeber.com-un verdiyi məlumata görə, Livanda hökumət əleyhinə 12 gün davam edən nümayişlərdən ardından banklar bağlanıb.

Qeyd edək ki, Livanda kütləvi nümayişlər oktyabrın 17-dən davam edir. Müxtəlif mənbələrə görə, hökumət əleyhinə aksiyalarda iki milyondan çox insan iştirak edir, ölkənin bütün əhalisi isə 4 milyon nəfərdir. Etirazçıların əsas tələbi Saad Haririnin hazırkı hökumətinin istefasıdır. 

Aksiyaçılar ölkənin əsas magistral yollarını və paytaxt da daxil olmaqla böyük şəhərlərin əsas yollarını bağlayırlar.

Banklarla yanaşı, məktəblərin və universitetlərin işi iflic vəziyyətə düşmüşdür.

Livan Banklar Birliyi Bazar ertəsi günü müştərilərə yalnız bankomatlar vasitəsi ilə xidmət verə biləcəklərini açıqlayıb və vətəndaşların maaşlarını ala biləcəkləri qədər pul təmin edəcəyinə söz verib.

"Küçələrdə kütləvi nümayişlər davam edərkən banklar müştərilər üçün qapılar açmaqdan qorxur. Banklar, həmçinin Livandan kənarda bütün müştərilərə depozit köçürmələri təmin etməklə bazardakı bütün tələbləri ödəyə bilməyəcəkləri üçün qapılarını açmaqdan qorxur" deyə ölkənin ən böyük banklarından birinin meneceri  İyad Asaad RİA Novosti-yə bildirib.

Onun sözlərinə görə, əhali özü bankların açılanda milli valyutanın dollara nisbətdə məzənnəsinin kəskin şəkildə dəyişəcəyindən, bununla da  maddi vəziyyətlərinin kəskin şəkildə pisləşəcəyindən narahatdır.

Bazar ertəsi Livan Mərkəzi Bankının rəhbəri CNN-ə verdiyi müsahibədə, kütləvi nümayişlərin davam edəcəyi və həll edilmədiyi təqdirdə yaxın günlərdə iqtisadiyyatın "çökəcəyini" söyləyib.

Məqalədə : Livan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
331

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
443

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
422

Yoluxanların sayı yenə artdı

15

Oktyabr
14:43
ÖLKƏ
494

Bu gün Hikmət Hacıyevin doğum günüdür

15

Oktyabr
13:12
SİYASƏT
489
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2021 02:18





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru