Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Oktyabr

2019
16:04
Boks yığmamız kubalı məşqçiyə tapşırıldı

Kişi boksçulardan ibarət Azərbaycan yığmasında yeni baş məşqçi təyinatı rəsmiləşib. 

Azərbaycan Boks Federasiyasının Mətbuat xidmətindən Faktxeber.com-a verilən məlumata görə, milli komanda kubalı Umberto Orta Domingesə həvalə edilib.

53 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. Dominges bu postda baş məşqçi vəzifəsini icra edən Nəriman Abdullayevi əvəzləyib.

N.Abdullayev isə əvvəlki kimi, yenə böyük məşqçi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Umberto Orta Dominges 1966-cı ildə Kubanın Kamaquey şəhərində anadan olub. 1984-cü ildə ölkəsində Bədən Tərbiyəsi İnstitutunu bitirən mütəxəssis boks məşqçisi ixtisasına yiyələnib. O, 1984 - 1992-ci illərdə Kamaqueyin idman məktəbində boks müəllimi işləyib. Daha sonra kubalı mütəxəssisin yığma karyerası başlayıb. Ölkəsinin yeniyetmə və gənclərdən ibarət yığmalarında çalışan mütəxəssis 1992 - 2005-ci illərdə məşqçi, növbəti 11 ildə baş məşqçi kimi işləyib. Mütəxəssis bu müddətdə 18 dünya birinciliyi, 1 dünya çempionatı, 2 Yeniyetmələrin Yay Olimpiya Oyunlarına komanda çıxarıb. Onun yetirmələri dünya birinciliklərində 80, olimpiadalarda 9 qızıl medal qazanıb.

London-2012 və Rio-2016 Yay Olimpiya Oyunlarında Kubanı təmsil edən 10 boksçudan 9-u müxtəlif yaş qruplarında Domingesin rəhbərliyi altında çalışıblar. 2016-cı ilin oktyabrında mütəxəssis Rusiya yığmasına məşqçi təyin olunub. O, 1 ildən sonra qonşu ölkədəki fəaliyyətini klubda davam etdirib.

Məqalədə : kubalı məşqçi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Erməni terrorçu qrupun üzvlərinə hökm oxunub

29

İyul
13:30
HÜQUQ,HADİSƏ
65

Sabahın hava proqnozu açıqlandı

29

İyul
13:03
ÖLKƏ
90

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

29

İyul
12:38
MƏNƏVİYYAT
253

Azərbaycan nefti yenidən bahalaşıb

29

İyul
11:14
İQTİSADİYYAT
200

Neftin bahalaşması davam edir

29

İyul
10:47
İQTİSADİYYAT
276

ABŞ İraqa 17 min artefakt qaytaracaq

29

İyul
09:58
DÜNYA
365

Bu gün rekord sayda peyvənd vurulub

28

İyul
17:48
ÖLKƏ
367
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-07-2021 14:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru