Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Oktyabr

2019
14:54
`Nar` fiziki məhdudiyyətli idmançılara dəstək olur

“Nar” aztəminatlı ailələrdən olan gənc boksçuların və fiziki məhdudiyyətli idmançıların dünya miqyasında Azərbaycanı təmsil etməsinə dəstək olmaqda davam edir. Şirkətdən FaktXəbər-ə verilən məlumata görə, mobil operatorun dəstək olduğu “Ümid” İdman Klubunun üzvü Böyük Britaniyanın paytaxtı Londonda keçirilən para üzgüçülük üzrə Dünya Çempionatında qələbə qazanıb. Belə ki, “Ümid” İdman Klubunun üzvü olan Roman Soley üzgüçülüyün sərbəst, arxa üstə üzmə növlərində yarışaraq 3 medal qazanıb. Bununla da, Roman Soley "Tokio 2020" Yay Paralimpiya Oyunlarına birbaşa 4 lisenziya əldə edib. 

Xatırladaq ki, “Nar” “Ümid” İdman Klubunun üzvlərinin Paralimpiya Oyunlarına lisenziya qazanması üçün Avropa və dünya yarışlarına hazırlaşmasına öz töhfəsini verir. Layihə çərçivəsində klub idmançılarına lazım olan təchizatı “Nar” təmin edir. 

Qeyd edək ki, 2008-ci ildə yaradılmış “Ümid” İdman Klubu atletika, üzgüçülük, cüdo və uşaq şahmatı idman növləri üzrə ixtisaslaşıb. Bu müddət ərzində “Ümid” İdman Klubunda ölkə, Avropa və dünya çempionları və Olimpiya Oyunlarının finalçıları yetişib. 

“Nar” peşəkar idmanla məşğul olan gənclərin və yeniyetmələrin, eyni zamanda fiziki məhdudiyyətli idmançıların dünya miqayasında Azərbaycanı təmsil etməsinə hər zaman dəstək olur. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

29

İyul
12:38
MƏNƏVİYYAT
137

Azərbaycan nefti yenidən bahalaşıb

29

İyul
11:14
İQTİSADİYYAT
145

Neftin bahalaşması davam edir

29

İyul
10:47
İQTİSADİYYAT
221

ABŞ İraqa 17 min artefakt qaytaracaq

29

İyul
09:58
DÜNYA
285

Bu gün rekord sayda peyvənd vurulub

28

İyul
17:48
ÖLKƏ
342

Bayden: "Putin təhlükəlidir"

28

İyul
15:37
DÜNYA
377
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-07-2021 13:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru