Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Oktyabr

2019
14:19
Əsəd: Ərdoğan əvvəl zavodlarımızı oğurladı, indi də torpağımızı oğurlayır

Suriya ərəb Respublikasının prezidenti Bəşşar Əsəd İdleb əyalətinin Əl-Habit kəndində cəbhə xəttində Suriya Ərəb ordusunun döyüşçüləri ilə görüşüb.

FaktXəbər-in rəsmi SANA agentliyinə istinadən məlumatına görə Əsəd əsgərlər görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı oğru adlandırıb: "Ərdoğan oğrudur. O əvvəlcə bizim fabrikləri, taxıl və neftimizi talan etdi, indi də torpaqlarımızı oğurlayır. Bütün Suriya ərazisi bizim üçün vacibdir, amma prioritetlərimizə və hərbi sahədəki vəziyyətə uyğun hərəkət edirik."

Prezident İdlibin düşmənlər üçün bir tramplin olduğunu qeyd edib: "Adətən plasdarm ön cəbhədə olur, lakin hazırkı vəziyyətdə döyüş şərqdə gedir, plasdarm isə qərbdədir. Buna səbəb isə Suriya ərəb ordusunun qüvvələrini parçalamaqdır. Əvvəlcədən də demişik ki, İdlib uğrunda döyüş ölkənin bütün bölgələrində xaosa və terrorizmə son qoymaq üçün əsasdır."

"Suriyanın müxtəlif təzahürlərdə təcavüz və ya soyğunçuluğa məruz qaldığı vaxt birləşmək, çiyin-çiyinə durmaq və razılaşdırılmış şəkildə hərəkət etmək lazımdır. Ancaq suriyalıların bəziləri, xüsusən də müharibənin ilk illərində belə etmədi. Onlara xarici qüvvələrə güvənməməli, orduya, xalqa və Vətənə etibar etməli olduqları bildirildi. Ancaq bu çağırışa məhəl qoymadılar, üstəlik, hazırda qalan qruplar amerikalıların nəzarəti altında hərəkət edir."

"Bir neçə il ərzində söylədikləri bütün açıqlamalarda onlar döyüşəcəklərini və özlərini müdafiə edəcəklərini dedilər. Amma son zamanlar məlum oldu ki, onların nəzarətində qalmalı olan böyük əraziləri amerikalıların planlaşdırdığı kimi bir neçə gündən sonra türklərin əlinə keçdi, - deyə Əsəd bildirib.

Məqalədə : Bəşşar Əsəd Ərdoğan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kriştiano Ronaldodan yeni REKORD

19

İyun
13:59
DÜNYA
198

Ceyhun Bayramov Ermənistana səsləndi

19

İyun
13:45
SİYASƏT
185

DTX Şuşada əməliyyat keçirdi

19

İyun
12:58
ÖLKƏ
195

Azərbaycan nefti cüzi bahalaşıb

19

İyun
10:43
İQTİSADİYYAT
316

Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

18

İyun
14:57
İQTİSADİYYAT
360

Sabahın hava proqnozu AÇIQLANDI

18

İyun
14:13
ÖLKƏ
492
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2021 23:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru