Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Oktyabr

2019
19:28
Mübariz İbrahimovu təhqir etməkdə ittiham olunan psixoloqa 3 il həbs cəzası istənilib

Xətai rayon Məhkəməsində Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimovanın psixoloq Nərmin Şahmarzadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb.

Hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə  məhkəmə istintaqının başa çatdığı elan olunub.

Daha sonra xüsusi ittihamçının nümayəndəsi, vəkil Ramil Rüstəmov çıxış edərək məhkəmədən N. Şahmarzadənin 3 il azadlıqdan məhrum edilməsini istəyib.

N. Şahmarzədənin müdafiə çıxışına hazırlaşması üçün oktyabrın 23-ə qədər vaxt verilib.

Qeyd edək ki, N.Şahmarzadə ötən il dekabrın 5-də yazdığı statusdan bir neçə gün sonra facebook profilində canlı yayımda Milli Qəhrəmanın ailə üzvlərindən üzr istədiyini dilə gətirib, bəzi saytların onun statusunu təhrif etdiyini deyib. Məhkəmə Milli Qəhrəmanın anasının şikayətini icraata götürüb. 

Azərbaycan Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov 2010-cu il iyunun 18-də cəbhənin Tərtər rayonu Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək həlak olub./APA

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti yenidən bahalaşıb

29

İyul
11:14
İQTİSADİYYAT
120

Neftin bahalaşması davam edir

29

İyul
10:47
İQTİSADİYYAT
186

ABŞ İraqa 17 min artefakt qaytaracaq

29

İyul
09:58
DÜNYA
255

Bu gün rekord sayda peyvənd vurulub

28

İyul
17:48
ÖLKƏ
337

Bayden: "Putin təhlükəlidir"

28

İyul
15:37
DÜNYA
367

SOCAR-ın idarə rəisi işdən çıxıb

28

İyul
14:52
ÖLKƏ
387
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-07-2021 12:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru