Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Oktyabr

2019
20:40
Ərdoğanı təhqir edən Trampın elçisi belə qəbul edildi - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidentinin köməkçisi Mayk Pensi qəbul edib.

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, mətbuata qapalı keçirilən görüş 1 saat 40 dəqiqə çəkib.

Pensi Ərdoğanın sarayında onun özü yox, köməkçisi Fuat Oktay qarşılayıb, daha sonra Ərdoğanın otağına qədər müşayiət edib.

Ərdoğanla Pens arasında tərcüməçiliyi prezidentin mətbuat katibi İbrahim Kalın həyata keçirib.

Təkbətək görüşdən sonra heyətlər arasında görüş keçirilib.

Qeyd edək ki, CNN telekanalı bu gün Türkiyə prezidentinin təhqir edildiyini göstərən məktub yaymışdı. Məktub ABŞ prezidenti Donald Tramp tərəfindən Ərdoğana göndərilib və məktubda Tramp ona "axmaqlıq etməməyi" bildirib. Ərdoğanın isə öz növbəsində həmin məktubu zibil qutusuna atdığı bildirilir.

Məqalədə : Ərdoğan Mayk Pens 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
410

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
499

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
408
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-06-2021 18:03





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru